YANGO-ya sürücü kimi necə qoşulmaq olar?

Çox sadə

Avtonəqliyyat vasitəsinin və özünüzün sənədini onlayn bizə göndərin və qısa zamanda YANGO sürücüsü olun.

QEYD: Biz Sizinlə əlaqə saxlamamış heç bir proqram yükləməyin.

YANGO-ya kuryer kimi necə qoşulmaq olar?

Müraciətinizi saytımızda saxlayırsınız, biz Sizi ofisə dəvət edirik, Müqavilə bağladıqdan sonra Yango sifarişlərinə qoşuruq.

QEYD: Biz Sizinlə əlaqə saxlamamış heç bir proqram yükləməyin.

YANGO-ya qoşulmaq üçün avtomobilə hansı tələblər var?
  1. Avtomobilin yaxşı görünüşü (avtomobilin bütov gövdəsi), təmiz salon.
  2. Avtomobilin taksi sahəsində fəaliyyəti üçün icazəsini təsdiq edən buraxılış kartı olmalıdır.
Yango Pro sürücülər/kuryerlər üçün tətbiq proqramı necə işləyir?
Tətbiqin işlənilməsinə dair video çarxları bizim YouTube kanalımızdan izləyə bilərsiniz.
Sifariş prioriteti (üstünlüyü) nədir?
Yüksək fəaliyyət göstəricisi və yüksək reytinq, ən əsasısa brendinq (avtomobil üzərində reklam/kuryerlərdə reklamlı çantalar) sizə daha çox sifariş almaq və buna görə daha çox qazanmaq imkanı verir
Nəğdsiz gedişlərin ödənişlərini necə eldə etmək olar ?
Nağdsiz gedişlərin ödənişi VOEN-ə bağlı bank kartına gündəlik köçürülə bilər. Əlavə olaraq bank kartı hazır olana kimi balansda kı pullarınızı nağd əldə edə və ya yanacaqla əvəzləşdirə bilərsiniz.
Mən digər Partnyorda (Parkda) qeydiyyatdayam, amma sizinlə işləmək istəyirəm.Partnyorumu dəyişə bilərənmi?
Bəli Siz Partnyorunuzu (Parkınızı) dəyişə bilərsiniz. Bunun üçün sənədləri bizə göndərin və bizdən cavab gözləyin. Biz Sizi bizim Parkda qeydiyyata alandan sonra Yango Proə çıxış verib, növbəti girişdə bizim Parkı seçirsiniz.
Parkdan parka keçərkən mənim reytinqim və balansım köçürüləcək?
Bir taksi parkından digərinə keçərkən sürücünün/kuryerin reytinqi köçürülür balansı isə - yox!
Sürücü/kuryer fəaliyyəti nədir və bu nəyə təsir edir?
Bu sürücülərin/kuryerlərin fəaliyyətinin göstəricisidir. Daha çox sifariş daha yüksək fəaliyyət göstəricisi deməkdir. Sürücünün/kuryerin fəalliyət göstəricisi sifarişlərin tənzimlənməsində böyük rol oynayır
Yerinə yetirmə indeksi (aktivlik dərəcəsi) nəyin göstəricisidir?
Yerinə yetirmə indeksi gəbul edilmiş və yerinə yetirilmiş sifarişlərin göstəricisidir. Əgər siz sifarişi gəbul etmisinizsə sizə 1-2 bal hesablanır. Əgər sifarişdən imtina edirsinizsə sizdən 14 bal silinir. Sifarişləri buraxdığınız halda məsafədən asılı olaraq aktivlik dərəcəsi aşağı enir. Sifarişlərin 85% gəbul edib yerinə yetirmək çox vacibdir, əks halda sizin xidmətə qirişiniz dayandırılacaqdır
Müştəri endirimləri/kuponları hesaba necə yazilir?
Bəzi müştəriləri endirimləri/kuponları olur. Sifariş üçün qeyd olunan məbləğin endirim hissəsi sizin bank hesabınıza köçürüləcək
Avtomobilimi dəyişdirmişəm.Növbəti addım olaraq nə etməliyəm ?
Əgər siz avtomobilinizi dəyişdirmisinizsə, bizə köhnə avtomobilin nömrəsini və yeni avtomobilin tex.passport, etibarnaməsini (varsa) təqdim edirsiniz. Bundan sonra Şirkətin mütəxəssisləri avtomobilin dəyişdirilməsi ilə bağlı bütün problemləri həll etməyə qısa zamanda sizə köməklik edəcək.
Sürücülük vəsiqəmi dəyişmişəmsə nə etməliyəm?
Sürücülük vəsiqənizi dəyişdirmisinizsə, hansı səbəbə görə olursa olsun (itkin, müddəti bitmiş və s.), bu barədə bizə məlumat verməlisiniz. Sürücü reytinqini qorumaq üçün yeni və əvvəlki sənədlər barədə məlumat təqdim etməlisiniz
UKN – nədir?
UKN- uzaqdan keyfiyyətə nəzarət. Siz avtomobilin fotolarını təqdim etməlisiniz, yəni: avtomobilin sağ və sol tərəflərinin, ön və arxa oturacaqlarının, açıq baqajının və varsa uşaq oturacağının şəkilləri
Yango-ya qoşulmağın qiyməti nə qədərdir?
Biz sizi Yango-ya heç bir ödəniş etmədən, onlayn və oflayn şəkildə qoşuruq
Yango - da sərbəst qrafik ilə işləyəcəyimiz doğrudur ?
Bəli, iş və istirahət vaxtlarını siz özünüz təyin edirsiniz. Sizə uyğun olan zamanda işləyə və ya əsas işinizdən və təhsilinizdən qalan boş vaxtlarınızda pul qazana bilərsiniz
Qara sıyahı nədir? Nəyə görə ora düşə bilərsiz? Və oradan necə çıxmaq olar?
Qara siyahı” ya Yango tərəfindən müddətsiz (müddətli) bloklanan sürücülər daxildir. Buna bir necə səbəb ola bilər: keyfiyyətə nəzarət yoxlanışından keçməkdən imtina etmək, sürücünün günahı səbəbindən sifarişlərin pozulması, çirkli, zədələnmiş avtomobil, olmayan və ya zədələnmiş təhlükəsizlik kəmərləri, saxtakarlıq, reklam, sərnişinlərlə kobud davranış. Əgər siz “qara siyahı”ya düşmüsünüzsə texniki dəstək ilə əlaqə saxlayıb bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. Bizim əməkdaşlar sizə lazım olan tövsiyələri verəcək və hər tərəfli dəstək olacaqlar

Sizi maraqlandıran sualları tapa bilmədiniz? O zaman özünüz verin.Soruşmaq