Əgər bir neçə avtomobilə, mopedə sahibsinizsə biz sizə Yango-da öz Taksi və ya kuryer parkınızı yaratmaq imkanını təqdim edirik. Təcrübəniz olmasa belə Taksi parkın yaradılması üçün inkişaf strategiyası ilə bölüşəcəyik. İşinizin etibarlı qurulması, idarə olunması və daha çox qazanc əldə edilməsi üçün bütün mərhələlərdə yanınızda olacağıq.
Parkını daha operativ və səmərəli idarə edilməsi üçün sahibkarlara xüsusi dispetçer proqramı təqdim olunur. Həmin proqram üzərindən sürücülərin və kuryerlərin xəttə onlayn olması, icra olunmuş və ləğv edilmiş sifariş sayı və maliyyə hesabatları barədə geniş məlumat əldə etmək mümkündür.
Birgə fəaliyyət rəsmi müqavilə əsasında həyata keçirilir. Belə olduğu halda sahibkar ödənişlərin vaxtında əldə olunmasını təmin edir. Bizimlə əməkdaşlıq edən sahibkarlar ödənişlərini həftə ərzində bir neçə dəfə əldə edə bilirlər. Biznesi böyütmək üçün kredit lazım olarsa, zəruri Arayışları, Hesabatları və Çıxarışları istənilən banka təqdim edə bilirik.
Bizimlə əməkdaşlıqdan hansı üstünlükləri əldə edirsiniz :

Sizin avtoparkın işə salınması üçün hazır biznes-plan

İnkişaf üçün hazır strategiya və UBER dəstəyi

Avtomobillərin seçimində məsləhət

Avtoparka sürücülərin və digər əməkdaşların işə götürülməsində kömək

Sizin Avtoparkın işini aparan peşəkar menecer

İstəyinizə uyğun olaraq gündəlik, həftəlik və aylıq hesabatlar