Sürücü təlimi (hazırlığı) mərkəzindən sertifikat almaq üçün aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyət vəsiqəsinin surəti
Sürücülük vəsiqəsi
Ödəniş qəbzi (Ödəniş qəbzi - 76 AZN)
Ünvan: Ziya Bünyatov prospekti, 39, DOST mərkəzinin yanı
Növbəti mərhələdə imtahana buraxılması üçün DİM portalında onlayn qeydiyyatdan keçməli və 35 AZN ödəniş etməlidir.
Ətraflı məlumat üçün AYNA ilə 1181 qısa nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Buraxılış vəsiqəsi və kartı üçün aşağıda qeyd olunan sənədlər lazımdır:
1.VÖEN taksi fəaliyyəti üzrə (istənilən Asan xidmətdə açılır)
2.Asan İmza ( Vöenə Bağlı 25-30Azn )
3.Sertifikat xüsüsi sürücü Təlimi haqqında -76 AZN ( Ziya Bünyadov pr 39, DOST Mərkəzin yanı,sürücüyə aiddir,)
4.Texniki servis ilə müqavilə (Avtovağzalın 1ci Mərtəbəsində verilir-20 azn)
5.Tibb müayinə müqaviləsi (Avtovağzalın 1ci Mərtəbəsində verilir- 30 azn)
6.Narkolojiden testin cavabı ( sürücüyə aiddir, test mütləq keçirilməlidir - 20-30 azn) (Referans Klinik, Sağlam Ailə Klinikası və s)
7.Sürücülük vəsiqəsi (sürücüyə aiddir)
8.Avtomobilin Texniki Pasportu ( öz adınıza deyilsə etibarnamə də lazım olacaq, lizingdirsə lizing müqaviləsi)
Nağdsız ödənişlər üçün Pos terminal əldə olunmalı (istənilın bankdan mobil pos terminal ola bilir)
Avtomobildə aşağıdakılar olmalıdır:
-Video qeydiyyat cihazı;
-Siqaret cəkmək qağandır nişanı
-Sürücünün məlumatlarını əks etdirən lövhə
Buraxılış vəsiqəsinin qiyməti 7 illik -125 AZN;
Buraxılış kartının qiyməti 7 illik - 25 AZN;
Sürücü hazırlıq kursunun qiyməti 76 AZN;
Təlim sertifikatı üçün imtahan haqqı -35 AZN.
QEYD: Ilk növbədə təlim sertifikatı alın. Aktual qiymətlər və digər sualla bağlı AYNA -nın 1181 qısa nömrəsinə yığın.Buraxılış kartını əldə etdikdə bizimlə işləsəniz xərcləri qaytarmaq üçün komissiya % aşağı olacaq
Çox sadə
Avtonəqliyyat vasitəsinin və özünüzün sənədini onlayn bizə göndərin və qısa zamanda YANGO sürücüsü olun.
- Avtomobilin yaxşı görünüşü (avtomobilin bütov gövdəsi), təmiz salon.
- Avtomobilin taksi sahəsində fəaliyyəti üçün icazəsini təsdiq edən buraxılış kartı olmalıdır.
Sizi maraqlandıran sualları tapa bilmədiniz? O zaman özünüz verin.Soruşmaq